waplog

Azərbaycan seysmik risk xəritəsinin hazırlanmasında Yaponiya təcrübəsindən istifadə ediləcək


Azərbaycan və Yaponiya seysmoloqları arasındakı ikitərəfli əməkdaşlıq çərçivəsində Yaponiyanın "OYO" və "Shinyei Kaisha" şirkətinin nümayəndələri Bakıya səfərləri çərçivəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşüblər.

Mərkəzdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, görüşdə iki ölkənin seysmoloqları arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması kimi  məsələlərə toxunulub.   

Yapon şirkətləri ilə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi arasında sıx əlaqələrin olduğunu qeyd edən Q.Yetirmişli birgə layihələrin davam etdiyini bildirdi. Bakının mikrorayonlaşdırılması və seysmik risk xəritəsinin hazırlanması, yerli mütəxəssislərin bu şirkətlərdə treninqlər keçməsi  və şirkət nümayəndələrinin yerli iş prinsipləri ilə tanış olmasının nəzərdə tutulduğunu bildirib. Yaponiyalı qonaqlar həmçinin RSXM-in Monitorinq Mərkəzində də olublar.


Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL