waplog

Smartfonların tədarük həcmi təxminən 50% artıb


“Juniper Research” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2013-cü ilin ikinci rübündə qlobal bazara ümumilikdə 230 milyon smartfon tədarük edilib ki, bu da ötən ilin göstəricisini 50% ötür.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti ikinci rübdə 72 milyon smartfon tədarük edərək sözügedən seqmentdə öz liderliyini daha da möhkəmləndirib. Bununla birlikdə Cənubi Koreya şirkəti “Galaxy S4” daxil olmaqla yüksək səviyyəli smartfonların satış tempinin azalmasını qeydə alıb: əsasən orta və aşağı qiymət səviyyəli modellər rüblük irəliləməni təmin ediblər.

“Apple” şirkətinin də vəziyyəti də bu cürdür. Amerika şirkətinin ötən illə müqayisədə öz smartfonlarının tədarük həcmini 20% artırmasına baxmayaraq, şirkətin gəliri azalıb. Nəticədə “Apple”-ın aprel-iyun ayları ərzində bazar payı 14% olub. Xatırladaq ki, ötən rüb bu göstərici 18% təşkil edib.

“Juniper” şirkətinin ekspertləri hesab edirlər ki, rəqabət üstünlüyünü qoruyub saxlamaq üçün “Apple” innovasiya sahəsində lider imicini təsdiq etməli və inqilabi məhsul təqdim etməlidir. Yalnız bu halda şirkət bundan sonra da sözügedən seqmentdə oyun qaydalarını təyin edə bilər.

Analitiklər başqa şirkətlər arasında “LG”-ni xüsusi ayırıblar: Cənubi Koreya şirkəti ikinci rübdə 12 milyon smartfon (2012-ci ilin ikinci rübü ilə müqayisədə +114%) tədarük edib ki, bu da şirkətin tarixində ən yüksək göstərici olub.

Finlandiyanın “Nokia” şirkəti ikinci rübdə 7.4 milyon “Lumia” smartfonu və 4.3 milyon “Asha” xəttinə məxsus aparat tədarük edib. “BlackBerry” şirkəti haqqında danışan ekspertlər təxmin ediblər ki, bu ilin ikinci rübündə kanada şirkəti təxminən 6,9 milyon smartfon tədarük edib ki, onların da təxminən 2,8 milyonu “BlackBerry 10” əməliyyat sistemi ilə işləyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL