waplog

Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi ilə bağlı pilot-layihənin tətbiqinə başlanılıb



Bu il Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin (DQRİS) yenidən qurulması, sənəd dövriyyəsi və elektron xidmətlərin yaradılması üzrə proqram təminatının satın alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ötən il, mayın 22-də elan edilmiş açıq tenderdə qalib olan şirkətin DQRİS ilə bağlı təqdim etdiyi pilot-layihənin tətbiqinə başlanılıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda (2011-2015-ci illər üçün) icrası komissiyaya həvalə edilmiş tədbirlərlə bağlı 2013-cü ilin ilk 6 ayı ərzində görülmüş işlər barədə məlumatda deyilir.

Qeyd edilən pilot-layihə hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nəqliyyat Nazirliyi və Dövlət Mülki Aviasiya Administrasiyasında tətbiq edilir. Layihənin tətbiqi nəticəsində əldə edilmiş nəticələr və dövlət orqanlarının verdiyi təkliflər əsasında proqram təminatı təkmilləşdiriləcək.

Eyni zamanda reyestrlə bağlı aparat təminatının alınması üçün 2013-cü il 8 may tarixində kompüter texnikası və avadanlığının satın alınması üzrə açıq tender elan edilib və qalib şirkət müəyyən edilib.

Aparat və proqram təminatı ilə bağlı işlər yekunlaşdıqdan sonra proqram bütün dövlət orqanlarına təqdim olunacaq. Yeni proqram təminatı imkan verəcək ki, dövlət orqanlarının kadr qurumları internet üzərindən müvafiq dövlət orqanında qulluq keçən şəxslər barədə məlumatları reyestrə daxil etsinlər və bu məlumatlarda qanunvericiliyə uyğun olaraq müəyyən dəyişikliklər aparsınlar.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL