waplog

“Apple” müştərilərini yalnız orijinal adapterdən istifadəyə çağırıb


Amerikanın "Apple" şirkəti istifadəçilərinin yalnız orijinal adapterdən istifadə zərurəti barədə yaddaş kitabçası dərc edib. Korporasiya Çində "iPhone" smartfonunun enerji ilə yüklənməsi zamanı baş vermiş iki hadisə ilə bağlı araşdırma aparıb.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, iyul ayının ortalarında Çin vətəndaşı smartfonunu enerji ilə dolduran zaman elektrik cərəyanından aldığı zərbədən komaya düşmüşdü. Hadisə yerinə gəlmiş həkimlər ürək dayanması qeydə alsalar da, lakin zərərçəkmişi həyata qaytarmaq mümkün olub. Mütəxəssislər aydınlaşdırıblar ki, adapter orijinal olmayıb və iki il müddətində istifadə olunub.
İkinci hadisə Çinin şimal-qərbində baş verib: rozetkaya qoşulmuş telefonla danışıq zamanı 23 yaşlı stüardessa dünyasını dəyişib.

Yaddaş kitabçasında adapterin ətraflı təsviri və əlamətləri yer alıb. Bu, alıcılara onu saxta adapterdən fərqləndirməkdə kömək edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL