waplog

“Dell” fləş-kart ölçüsündə kompüter istehsal edir


"Dell" şirkəti "Android" platforması ilə işləyən "Ophelia" qurğusu üzərində sınaqların keçirilməsinə başlayıb. "Ophelia" adlanan qurğu monitor və ya televizora "HDMI" girişi vasitəsilə qoşulur və ekranı fərdi kompüterə çevirir. Sözügedən qurğunun qiyməti təxminən 100 dollar təşkil edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Ophelia" adlı qurğu 2013-cü ilin yanvarında təqdim edilib. Kompüter fləş-kart ölçüsündə kiçik qurğudan ibarətdir. O, "HDMI" konnektoruna malik istənilən ekranı fərdi kompüterə çevirməyə imkan verir. "Android" mobil əməliyyat sistemi ilə işləyən kompüterdə tətbiqlər icra etmək, oyun oynamaq, film izləmək, musiqiyə qulaq asmaq və internetdə saxlanılan fayllara giriş almaq mümkündür. Qurğu, həmçinin "Wi-Fi" və "Bluetooth" modulu ilə təchiz edilib.

"Dell" şirkəti sözügedən qurğunun kommersiya tədarüklərinə 2013-2014 maliyyə ilində (avqust-oktyabr ayları ərzində) başlamağı planlaşdırır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL