waplog

“Siemens” şirkətində yeni rəhbər seçilib



"Siemens AG" elektrotexnik konserninin Müşahidə Şurası şirkətin hazırkı maliyyə direktoru Co Kezeri İdarə heyətinin yeni sədri təyin edib. Bu barədə qərar Müşahidə Şurasının Münhendə keçirilən iclasının yekunları üzrə qəbul olunub.

C.Kezer avqustun 1-dən etibarən İdarə heyətini tərk edən konsern rəhbəri Petr Leşeri tutduğu vəzifəsində əvəz edəcək. Şirkət nümayəndələri bildiriblər ki, yeni maliyyə direktoru yaxın vaxtlarda seçiləcək.

"Siemens AG"-yə 6 ilə yaxın rəhbərlik etmiş P.Leşerin istefası şirkəti təqib edən bir sıra uğursuz maliyyə çətinlikləri ilə əlaqədardır. Ötən həftə konsernin 2014-cü il üçün proqnozunu təqdim etməklə qarşısına qoyduğu məqsədlərə və minimum 12 faizlik mənfəətə nail ola bilməyəcəyi məlum olub. Nəticədə "Siemens AG"-nin səhmlərinin dəyəri Frankfurt Fond Birjasında keçirilən hərraclarda 6 faiz azalıb, - "İTAR-TASS www.itar-tass.ru" yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL