waplog

“Apple” yenidən dünyanın ən bahalı korporasiyasıdır



"Apple" NASDAQ birjasında keçirilmiş son hərracların yekununa görə yenidən dünyanın ən bahalı korporasiyası adına layiq görülüb.

"iPhone" smartfonları və "iPad" planşet kompüterləri istehsalçısının kapitallaşdırma dəyəri 0,95% artaraq 414,89 milyard dollar, bir səhmin qiyməti isə 456,68 dollar olub.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, hazırda "Apple" şirkətinin kapitallaşdırma dəyəri 2013-cü ilin əvvəlindən dünyanın ən bahalı şirkətləri sırasında birinci yerdə qərarlaşmış "ExxonMobil" neft-qaz konsernini 2.6 milyard dollar ötüb.

"Exxon" şirkətinin kapitallaşdırma dəyəri Nyu-York fond birjasında keçirilmiş son hərracların yekununa görə 1,09% azalaraq 412,31 milyard dollar olub.

Bu arada qeyd edək ki, cari ilin ikinci rübünün yekununa görə, qlobal smartfon bazarında "Apple" şirkətinin payı üçillik minimuma qədər enib. Amerika şirkətinin payı aşağı qiymət kateqoriyasına məxsus smartfonlar istehsal edən Çinin "Huawei" və "ZTE" şirkətlərinin  məhsulunun populyarlığının artması fonunda azalır.

Bundan başqa, "Apple" şirkətinin bir çox müştəriləri yeni "iPhone" modelinin çıxarılmasını gözləyirlər ki, bu da cari satışlara mənfi təsir göstərir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL