waplog

Dövlət Komissiyası internet resursunun statistik göstəricilərini açıqlayıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edir.

"ICTnews" elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, komissiyanın "www.dqmk.gov.az" internet səhifəsi vətəndaşlarla ünsiyyət vasitəsi kimi istifadə olunur: "Fəaliyyət göstərməyə başladığı andan etibarən komissiyanın rəsmi internet saytında verilən yazılara 6 milyon 600 mindən çox baxış olub. Saytın istifadəçilərinin sayı isə hazırda 14500-dən çoxdur. Bu da saytın vətəndaşlar arasında kifayət qədər populyar olduğunun və komissiya ilə vətəndaşlar arasında yaranmış qarşılıqlı etibar və güvənin göstəricisidir. Komissiyanın vətəndaşlara göstərdiyi elektron xidmətlər də saytda öz əksini tapıb".

Komissiyanın İKT-nin imkanlarından istifadə edərək vətəndaşların və dövlət qulluqçularının maarifləndirilməsi istiqamətində növbəti işi komissiya tərəfindən keçirilən təlimlərin videotəqdimatlarının öz rəsmi internet saytının "Əsas menyu" bölməsinin "Videotəqdimatlar" altbölməsində yerləşdirməsidir. Dövlət qulluqçuları və vətəndaşlar komissiyanın bu yeniliyindən istifadə edərək bir çox mövzular barədə ətraflı məlumat əldə edə bilərlər.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL