waplog

Azərbaycan “Kənd təsərrüfatı biotexnologiyası və biotəhlükəsizlik əlaqələrinə baxış” adlı təlim-seminarda təmsil olunub


Azərbaycan “Kənd təsərrüfatı biotexnologiyası və biotəhlükəsizlik əlaqələrinə baxış” adlı təlim-seminarda təmsil olunub. AMEA-dan “ICTnews” Elektron Xəbər Xidmətinə verilən məlumata əsasən, Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən Budapeşt şəhərində (Macarıstan) təşkil olunmuş “Kənd təsərrüfatı biotexnologiyası və biotəhlükəsizlik əlaqələrinə baxış” adlı təlim-seminarda iştirak edib.

Avropa və Mərkəzi Asiyanın 17 ölkəsindən 30-a yaxın tədqiqatçı, fermer və tələbənin iştirak etdiyi tədbirdə kənd təsərrüfatı biotexnologiyasının imkanları haqqında geniş məlumat verilmiş və genetik modifikasiya olunmuş bitkilər üzrə Avropa ölkələrində biotəhlükəsizliyin təmin olunması üzrə olan konsepsiyalar müzakirə edilib. Seminarda alimlərin fermerlər və məmurlarla kommunikasiya əlaqələri ətrafında da fikir mübadiləsi aparılıb.
 
KAMAL
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL