waplog

“Google Glass” eynəklərinin istehsalı ilə “Motorola” məşğul olacaq



2012-ci ildə "Google" şirkəti tərəfindən satın alınan "Motorola" korporasiyası təkcə birgə telefon istehsalı ilə deyil, həm də "Google Glass" əlavə reallıq eynəklərinin buraxılışı ilə məşğul ola bilər. Bu barədə "Motorola"nın rəhbəri Dennis Vudsayd "Wall Street Journal" jurnalına müsahibədə bildirib. 

Yeni eynək modifikasiyaları "Motorola" şirkətinin bazasında istehsal oluna bilər, lakin texnoloji prosesin nə qədər bütöv olacağı hələ ki məlum deyil. Bir müddət əvvəl – iyulun 22-də "Google"-un "Google Glass" eynəkləri üçün displeylər buraxan "Himax" şirkətində paya sahib çıxması məlum olub. Yeni məlumatda isə bütün komplekt hissələrinin başlanğıc istehsalından söhbət getmir, - "Lenta www.lenta.ru" yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL