waplog

Dünyanın 100 ən böyük telekommunikasiya şirkətinin reytinqi tərtib edilib


2012-ci ildə dünyanın 100 ən böyük operatorunun telekommunikasiya xidmətlərinin istifadəçi bazası 7,21% artaraq təxminən 8,6 milyard istifadəçi olub. İstifadəçilərin əksəriyyəti (85%) mobil rabitə abunəçilərinin payına düşür. 2011-ci ildə dünyanın ən böyük operatorlarının telekommunikasiya xidmətlərinin abunəçilərinin ümumi sayı 6,93 milyard insan olub. Beləliklə, 12,7% illik artım qeydə alınıb.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, lakin 2012-ci ildə dünyanın 100 ən böyük telekommunikasiya şirkətlərinin ümumi gəliri 6,7% azalıb. Çinin "China Mobile" (20,5 milyard dollar), Amerikanın "AT&T" (7,5 milyard dollar) və "Verizon" (10,55 milyard dollar) şirkətləri ən gəlirli şirkətlərdir. On ən böyük telekommunikasiya şirkəti qlobal sektorun gəlirlərinin 46,7%-ni formalaşdırır və 2,884 milyarddan çox istifadəçiyə xidmət edir.

"Tass-Telekom" portalı tərəfindən tərtib edilmiş dünyanın 100 ən böyük telekommunikasiya şirkətləri reytinqində sözügedən məlumatlar yer alıb.

Araşdırmaya əsasən, qlobal telekommunikasiya bazarının genişləndirilməsinin əsas hərəkətverici qüvvəsi mobil rabitə seqmentidir. Analitiklərin proqnozuna əsasən, iqtisadi durğunluğa baxmayaraq, mobil rabitə seqmentində yaxın beş ildə artım olacaq.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL