waplog

DRİ qeydiyyatdan keçməyən radioelektron vasitələrin sayını açıqlayıb



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin 7 ayı ərzində 320 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.

DRİ-dən verilən məlumata görə, 441 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Qeydiyyatdan keçməyən radioelektron vasitələrin 14 ədədi DRİ-də qeydiyyata salınıb, 193  ədədi möhürlənib və 106 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 44 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL