waplog

Azərbaycanda bir sıra kitabxanaların oxu zallarında “Wi-Fi” zonaları yaradılıb



 
 "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" Prezident Sərəncamının icrası, habelə kitabxanalarda oxucu auditoriyasını genişləndirmək məqsədilə bir çox kitabxanaların oxu zalında "Wi-Fi" zonaları yaradılıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin  cari ilin birinci yarısında gördüyü işlərə dair hesabatında deyilir.

Həmçinin hesabatda qeyd olunur ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Elektron kataloqların ümumi Toplu kataloqu və "AZLİBNET" Milli Kitabxana-İnformasiya Mərkəzi yaradılıb. Toplu Kataloqun geniş təqdimatı keçirilib və kataloq istifadəyə verilib. Toplu Kataloq Azərbaycan Diplomatik Akademiyasının Elmi Kitabxanasının elektron bazasına daxil edilib.

Eyni zamanda, Gəncə şəhər, Beyləqan, Xaçmaz, Göyçay, İsmayıllı, Salyan, Şabran və Neftçala rayon MKS-ləri üçün nazirlik tərəfindən elektron nəşrlər alınaraq təmənnasız olaraq göndərilib.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL