waplog

Azərbaycana bu il 52 mindən yuxarı mobil qurğu idxal edilib



Azərbaycana bu ilin birinci yarısında 52 min 204 mobil telefon və simsiz şəbəkələrdə işləyən digər telefon aparatları, planşetlər, radiotelefonlar idxal edilib.

Dövlət Statistika Komitəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ölkəyə idxal edilən mobil qurğuların ümumi dəyəri 2307,5 min dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən mobil qurğuların sayı 28,85% azalıb, ötən ilin eyni dövrü ərzində ölkəyə 73 373 mobil qurğu gətirilib.

Azərbaycana idxal edilən mobil qurğuların ümumi dəyəri ötən illə müqayisədə 36,38% azalıb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL