waplog

“BlackBerry”nin səhmlərinin qiyməti 10,45% bahalaşıb


Kanadanın "BlackBerry" şirkətinin səhmlərinin dəyəri dünən "NASDAQ" birjasında 10.45% artaraq 1 səhmin qiyməti 10.78 dollar olub. Şirkətin kapitallaşdırma dəyəri 540 milyon ABŞ dolları artaraq 5,65 milyard dollar olub.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, səhmlərin qiymətinin artması şirkətin daxilində xüsusi komitənin yaradılması ilə izah olunur. Sözügedən komitənin vəzifəsi şirkəti böhrandan çıxaracaq həllərin axtarışı ilə bağlıdır.

"Röyters" xəbər agentliyi anonim mənbələrə istinadən bildirib ki, "BlackBerry" şirkətinin menecmenti şirkəti özəlləşdirməyi planlaşdırır.

2013-cü ilin birinci rübünün yekununa görə, "BlackBerry" şirkətinin mənfəəti 3.1 milyard dollar olub. Şirkət "BlackBerry 10" əməliyyat sistemi ilə işləyən 2.7 milyon yeni smartfon satmağa müvəffəq olub.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL