waplog

“Microsoft” növbəti düzəlişlər dəstini çıxarıb


“Microsoft” korporasiyası məhsulları üçün növbəti düzəlişlər dəstini çıxarıb. Şirkətin məlumatına əsasən, bu dəfə düzəlişlərin əksəriyyəti “Internet Explorer” brauzerinin payına düşüb: 19 kritik düzəlişin 11-i sözügedən brauzer üçün nəzərdə tutulub. Şirkətdən bildirilib ki, istifadəçilər və təşkilatlar “IE” üçün düzəlişləri diqqətlə izləməlidirlər.  Antivirus şirkətləri, həmçinin xəbərdarlıq edir ki, köhnə brauzerlər məlumat itkisinə səbəb ola bilər.

Bundan başqa, həmçinin “Microsoft Exchange Server” məhsulunda düzəliş edilib. Belə ki, bu məhsulda məsafədən icra etmə imkanına malik kritik təhlükəli boşluq aşkar edilib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, daha bir kritik təhlükəli boşluq “Windows XP” və “Windows Server 2013” məhsullarında aşkar edilib.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL