waplog

«Elektron təhsil» müsabiqəsinin qalibləri mükafatlandırılıb


Azərbaycanın təhsil sahəsinə böyük əhəmiyyət verən «Nar Mobile» mobil rabitə operatoru müxtəlif təhsil müsabiqələrinə dəstək verməyə davam edir.

 

Şirkətdən  verilən məlumata görə, bir müddət öncə Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən «1 şagird – 1 kompüter» müsabiqəsinə dəstək olan «Nar Mobile» ənənəvi «Elektron təhsil» müsabiqəsinə də öz töhfəsini verib. «Təhsildə İnternet texnologiyaları» və «Müasir məktəbdə elektron tədris resursları» bu il keçirilən müsabiqənin əsas mövzuları olub.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni təşviq etmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

 

Müsabiqədə tədris müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış pedaqoqlar, şagirdlər və valideynlərlə yanaşı, eləcə də pedaqoji ali təhsil müəssisələrinin tələbələri və doktorantlar da iştirak etmək hüququna malik idilər. 

 

«1 şagird - 1 kompüter» müsabiqəsinin 9 nəfər qalibini müxtəlif hədiyyələrlə təltif edən «Nar Mobile» şirkəti «Elektron təhsil» müsabiqəsində fərqlənən 24 iştirakçını da dəyərli hədiyyələrlə mükafatlandırılıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL