waplog

“Samsung” şirkəti “Android” platforması ilə işləyən açılıb-örtülən smartfon təqdim edib



"Samsung" şirkəti "Android 4.1" platforması ilə işləyən və iki sensor ekranla təchiz edilmiş "Samsung Hennessy W789" smartfonunu təqdim edib.

Açılıb-örtülən telefon form faktoru Asiya bazarlarında indiyə qədər kifayət qədər populyardır. "Samsung Hennessy" smartfonu 3,3 düym diaqonallı iki sensor ekrana malikdir və üst qapaqda üç sensor düyməsi yerləşir. Bu düymələr vasitəsilə "Android 4.1" əməliyyat sistemi mühitində naviqasiya həyata keçirilir.

"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, qurğu 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 5 meqapiksellik kamera ilə təchiz edilib, "CDMA" və "GSM" şəbəkələrində işi, həmçinin "GPS", "Bluetooth" və "Wi-Fi" modullarını dəstəkləyir.

"Samsung Hennessy" smartfonunun qlobal bazara çıxarılma tarixi və qiyməti hələ açıqlanmır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL