waplog

Azərbaycan “CEV” Çempionlar Liqasının "Dördlər finalı"na ev sahibliyi edə bilər



Azərbaycan "CEV" Çempionlar Liqasının 2013/2014 mövsümündə "Dördlər finalı"na ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürəcək. "ICTnews" Elektron Xəbər Xidməti məlumat verir ki, bunun üçün ölkəmizi dəfələrlə Çempionlar Liqasında uğurla təmsil etmiş qadınlardan ibarət "Rabitə-Bakı" voleybol komandası qrup mərhələsini uğurla keçməlidir. Bununla belə, ölkəmizin namizədliyinin rəsmi təsdiqlənməsi ilə bağlı qərar yanvar ayında veriləcək.

Məlumat üçün bildirək ki, komandamız Çempionlar Liqasında A qrupunda mübarizə aparacaq.  "Rabitə-Bakı"  komandası ilə yanaşı, A qrupunda Rusiyanın "Omiçka", Almaniyanın  "Dresden" , Fransanın
"Beizers"  komandaları da öz güclərini sınayacaqlar.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL