waplog

İnformasiya Texnologiyaları Universitetinə keçid balı 610 olub



Bu il ali məktəblərə qəbul olunmaq istəyənlər arasında yeni yaradılan İnformasiya Texnologiyaları Universitetinə (İTU) böyük maraq olub.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, İTU üçün dövlət tərəfindən ayrılan 60 yer uğrunda abituriyentlər arasında rəqabətli konkurs şəraiti yaranıb.

Abituriyentlərin İTU-ya minimum 610 keçid balı ilə daxil olduqlarını vurğulayan E.Nağızadənin sözlərinə görə, I qrupa imtahan verənlərin, demək olar ki, hər birinin arzusu İTU-da oxumaq olub:

“İnformasiya Texnologiyaları Universitetinə daxil olmaq üçün keçid balının minimum 610 olması, ali təhsil ocağına  olan böyük marağın əsas göstəricisi kimi dəyərləndirilə bilər. Mən hesab edirəm ki, İTU-nun yeni yaranması, insanlar tərəfindən burada təhsilin yüksək keyfiyyətli qurulacağına inamın olması və eləcə də həm Azərbaycanda, həm də bütün dünya üzrə İKT sahəsinin günü-gündən inkişafı yeni universitetə marağı artıran amillərdəndir”.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL