waplog

“Archos” şirkəti 200 dollarlıq planşet hazırlayır


"Archos" şirkəti sürətlə inkişaf edən büdcəyə uyğun planşet bazarında bu yaxınlarda "80b Platinum" adlı planşet təqdim edib. 200 dollarlıq planşetin satışlarına payızda başlanılacaq.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Archos 80b Platinum" planşeti 1024x768 piksel təsvir ölçülü 8 düymlük "IPS" ekrana malik olacaq. Bundan başqa, 200 dollarlıq planşet, həmçinin 1,6 QHs takt tezlikli dördnüvəli "Rockchip RK3188" prosessoru və "Mali 400" qrafik sistemi ilə təchiz ediləcək. Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaşın tutumu isə 8 QB təşkil edir.

"Archos 80b Platinum" planşeti, həmçinin 2 və 0,3 meqapiksel təsvir ölçülü iki kamera və "Wi-Fi" və "Bluetooth" modullar ilə təchiz edilib. Həmçinin, "micro USB" və "mini-HDMI" portları nəzərdə tutulub. Qurğu "Android 4.2" platforması ilə işləyir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL