waplog

“Nokia” şirkəti gələn həftə “dünya premyerası”nı keçirəcək


“Nokia” şirkətinin avqustun 28-də Moskvada “dünya premyerası”nı keçirəcəyi gözlənilir.
“ICTnews” xəbər xidmətinin “www.mobiset.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Hi-Tech.Mail.Ru”nun jurnalistlərinin əlinə hətta bu tədbirin dəvətnaməsi belə düşüb.

Tədbirdə “Nokia”nın yeni smartfonunun anons ediləcəyi gözlənilir. Ehtimal edilir ki, yeni model 6 düymlük planşetofon və ya ilk “Nokia dual-SIM” smartfonu olacaq.

Rusiyalıların iki sim-kartlı smartfonlara olan böyük marağını nəzərə aldıqda demək olar ki, “Nokia dual-SIM” smartfonunun təqdimatı olacaq. Eyni zamanda, mediapleyerin təqdimatının keçirilə biləcəyini istisna etmək olmaz, çünki dəvətnamədə fon kimi piano klavişləri təsvir edilib.

Aynur Vəliyeva



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL