waplog

İcbari sığorta sistemində də SMS məlumatlandırma sisteminin tətbiqinə başlanılıb


Azərbaycanın icbari sığorta sistemində də ismarıcla məlumatlandırma sisteminin tətbiqinə başlanılıb.

"ICTnews" xəbər xidmətinin məlumatına görə, İcbari Sığorta Bürosu tərəfindən avqust ayından etibarən “İcbari sığortalar haqqında” qanunun informasiya sisteminin sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməsi ilə bağlı 34-3.4-cü maddəsinin icrası təmin edilib.

Bundan sonra “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası”  üzrə sığorta müqaviləsini bağlayarkən sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə müqavilənin təsdiqi ilə bağlı məlumatları (sığorta şirkətinin adı, müqavilənin müddəti, müqavilənin nömrəsi, həmçinin sığorta haqqı) əks etdirən SMS bildiriş göndəriləcək. 

Həmçinin, sığortalı İcbari Sığorta Bürosunun informasiya sistemində olan məlumatlar əsasında sığorta müqaviləsinin ləğvi, xitamı və müqavilənin başa çatma tarixinə 15 gün qalmış onun etibarlılıq müddətinin bitməsi haqqında SMS bildiriş alacaqdır. Azərbaycanda fəaliyyət göstərən hər üç mobil operatorun abonentləri bu xidmətdən yararlanmaqda çətinlik çəkməyəcəklər. Onu da bildirək ki, sözügedən xidmət ödənişsizdir.

SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL