waplog

Regionlarda gənclərə internetin imkanları öyrədilir


 Azərbaycanın bölgələrində yaşayan gənclərin internetdən istifadə edərək özlərinə karyera qurmaları üçün növbəti maarifləndirici addımlar atılıb.

“ICTnews.az”-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi “Region gənclərinin internet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması” layihəsi çərçivəsində Şirvan şəhərində gənc müəllimlər üçün təlim keçirib.

Təlimlər zamanı gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, iş saytları, uğurlu karyera haqqında dəyərli məlumatlar alıblar.
 
 Təlimləri ölkənin bir sıra tanınmış mütəxəssisləri həyata keçirib. Sözügedən kurslar interaktiv mühitdə davam etdirilib. Treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılıb.
 
Təlimin sonunda iştirakçılara diplomlar təqdim edilib.
 
SEYMUR

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL