waplog

“Sony Xperia Honami Mini” smartfonunun fotosu internetdə yerləşdirilib



“Sony Xperia Honami Mini” smartfonunun fotosu internetə yerləşdirilib. Bulanıq şəkildə yeni model “BlackBerry Q10” smartfonu ilə yanbayan yerləşir ki, bu da iki qurğunun ölçülərini müqayisə etməyə imkan verir.

“ICTnews.az” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “BlackBerry Q10” smartfonunun  ölçüləri 119,6 x 66,8 mm təşkil edir. Onunla yanbayan yerləşən yapon şirkətinin smartfonunun ölçüləri təxminən 109,2x57,9 mm-ə bərabərdir. Şayiələrə görə, “Honami Mini 4,3” smartfonunda ekranın diaqonalı 4.3 düym olacaq. Lakin bu, həqiqətə uyğun deyil. Sözügedən aparatın ekranının diaqonalının əsl ölçüsü 4 düym olmalıdır.

Həmçinin şayiələrə əsasən, “Honami Mini” aparatında ekranın təsvir ölçüsü 720p, batareyanın həcmi isə 2400 milliamper/saat təşkil edir. “Honami Mini” smartfonu dördnüvəli “Snapdragon 800” prosessoruna malikdir və bortunda 20,7 Mp Exmor RS sensorla təchiz edilmiş kamera mövcuddur.

“Sony Xperia Honami” smartfonu sentyabrın 4-də Berlində keçiriləcək “IFA 2013” sərgisi ərəfəsində nümayiş etdiriləcək.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL