waplog

Alimlər insanların fikirlərini hərfən oxumağa nail olublar


Niderlandın Neymeqen Universitetinin mütəxəssisləri insanların fikrini hərfi mənada oxumağa imkan verən texnologiyanın hazırlanması haqqında məlumat veriblər. Bunun üçün maqnit-rezonans tomoqrafiyası və xüsusi proqram təminatına malik kompüterdən istifadə olunur.

"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, xüsusi alqoritm insanların müəyyən mətni oxuyarkən hansı hərfə baxdığını təyin etməyə imkan verir.

Texnologiya hələ kifayət qədər asta işləyir və insan müəyyən mətni adi sürətlə oxuduqda fikri "oxumaq" imkanına malik deyil. Alimlər əmindirlər ki, bir müddət sonra bu texnologiyadan təkcə mətnləri deyil, təsvirləri də tanımaq üçün istifadə etmək mümkün olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL