waplog

“Ən yaxşı sosial çarx” müsabiqəsinin bitmə tarixi dəyişdirilib



Azərbaycan Gənclər Fondunun “Ən yaxşı sosial çarx” adı altında gənclər arasında keçirdiyi qısametrajlı sosial çarxlar müsabiqəsinin bitmə tarixi dəyişdirilib. Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən verilən məlumata görə, Fond gənclərdən gələn çoxsaylı müraciətləri və müsabiqəyə göstərilən marağı nəzərə alaraq bu addımı atıb. Müsabiqədə iştirak edənlər hazırladıqları qısametrajlı sosial çarxları oktyabrın 1-dək Gənclər Fonduna təqdim etməlidir.

 Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir. Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər.

Müsabiqəyə ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim oluna bilər. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.

Kamal Hacıyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL