waplog

“Nokia” yeni klassik “Nokia 515” mobil telefonunu elan edib



“Nokia” bu gün baza funksiyalar toplusu ilə təchiz edilmiş yeni klassik “Nokia 515” mobil telefonunu elan edib.
“ICTnews” xəbər xidməti “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Rusiya, Almaniya, İsveçrə və Polşa ilə yanaşı, “Nokia 515”-in satışa çağıracağı ilk ölkələrdən biridir. Rusiyada model Dual SİM variantında, qara və ağ rənglərdə təqdim ediləcək. Telefon satışa sentyabrın axırında çıxarılacaq.

Telefonda cızıqlara dayanıqlı, qıraqları yuvarlanmış “Gorilla Glass 2” şüşəsindən istifadə ediləcək, bu da telefona zərif görünüş verir.

“Nokia 515” svetoid işıltılı 5 meqapiksellik kamera ilə təchiz edilib, istifadəçi fotoşəkilləri redaktə edə bilər və müxtəlif çəkiliş rejimləri istifadə edilə bilər.

Bundan başqa, istifadəçilər şəkil mübadiləsini “Nokia 515” telefonuna tətbiq edilmiş “Slam” eksklüziv servisi vasitəsilə “Bluetooth” üzərindən həyata keçirmək olar.

Telefonda HSDPA 3,5G sürətli internet imkanları var və “bulud” servisləri vasitəsilə veb-səhifələrin baxılmasında 90%-dək effektivlik əldə etmək olur.

“Facebook”, “Twitter” və “Nimbuzz” kimi populyar əlavələr telefonda əvvəlcədən tətbiq edilib, “Mail for Exchange” proqramı isə işçi elektron poçtunu yoxlamağa və həmçinin əlaqələri və təqvimləri sinxronlaşdırmağa imkan verir.

Telefonu kompüterə və ya noutbuka qoşmaq və USB kabel üzərindən modem kimi istifadə etmək olar. Yeni telefonda “HD voice” texnologiyası nəzərdə tutulub, hansı ki, hətta səs-küylü yerdə, səsin təmiz əks olunmasını təmin edir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL