waplog

2014-cü ilədək elastik “OLED” ekran bazarının həcmi 95 milyard dollaradək artacaq



“IHS iSuppli” analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə elastik “OLED” ekran bazarının həcmi 94,8 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 334% çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “OLED” texnologiyası ilə hazırlanmış ekranlar təsviri yaxşı əks etdirir.

Elastik “OLED” texnologiyalar istehsalçılara  ekranları yeni dizayner qurğularına yerləşdirmək imkanı yaradır. Cari ilin əvvəlində “Samsung” şirkətinin “Youm” brendi altında nümayiş etdirdiyi “OLED” ekranı ilin sonunadək kütləvi bazara çıxarılmalıdır.

Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL