waplog

Qadağa qoyulmuş şəxslərin müəyyən edilməsinə dair elektron xidmət istifadəyə verilib



Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərlə bağlı 136 cinayət işi başlanıb, 1.832 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi xeyli təkmilləşdirilib, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılıb, nazirliyin internet saytında qadağa qoyulmuş şəxslərin müəyyən edilməsinə dair elektron xidmət işlənilərək istifadəyə verilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində 2013-cü ilin 6 ayının yekunlarına həsr edilmiş kollegiya iclasında deyilib.

İclasda həmçinin qeyd olunub ki, istehlakçıların hüquqlarının qorunmasına xidmət edən və artıq iş adamları üçün əməli əhəmiyyət daşıyan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin (yoxlama.gov.az) fəaliyyəti təkmilləşdirilib, nazirliyin internet səhifəsində elektron xidmətlər bölməsinə və “1650” avtomatlaşdırılmış telefon xidmətinə sahibkarlara məlumat almaq və müraciət etmək imkanı yaradan funksiyalar əlavə olunub.

Bununla yanaşı, əhalinin təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazasına (e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinə (huquqiaktlar.gov.az) 846 sənəd daxil edilib və bazada sənədlərin sayı 26.000-ə çatıb.

CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL