waplog

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi "Azərspace-2” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına yarım milyon dollar ayıracaq



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti və Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında "Azərspace-2" telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair Qrant Müqaviləsi bağlanıb.

"Azərkosmos"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, müqaviləni Azərbaycan hökuməti adından rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov, qarşı tərəfdən isə ABŞ Ticarət və İnkişaf Agentliyinin rəhbəri xanım Leocadia I. Zak imzalayıblar.

Müqaviləyə əsasən, ABŞ Ticarət və İnkişaf Agentliyi "Azərspace-2" telekommunikasiya peyk layihəsi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma hazırlanması məqsədilə "Azərkosmos" ASC-yə yarım milyon dollardan artıq məbləğdə qrant təqdim edəcək. Texniki-iqtisadi əsaslandırmanın qrant hesabına hazırlanması üçün "Azərkosmos" ASC-nin ABŞ Ticarət və İnkişaf Agentliyi ilə əlaqəli surətdə keçirəcəyi müsabiqənin nəticəsində ABŞ-da məsləhətçi şirkət müəyyən ediləcək.

Sözügedən tədqiqat "Azərspace-2" telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektlərini əhatə edəcək.

Müqavilədə məsləhətçi şirkət tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının 2014-cü ilin 30 iyun tarixinədək başa çatdırılacağı göstərilib.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL