waplog

Bakıda Azərbaycan və Tacikistan arasında dövlətlərarası əməkdaşlıq üzrə ticarət-iqtisadi komissiyası keçirilir



Bakıda Azərbaycan və Tacikistan arasında dövlətlərarası əməkdaşlıq üzrə ticarət-iqtisadi komissiyasının ikinci iclası keçirilir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sentyabrın 5-dək davam edəcək tədbirdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələləri, sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları sahəsində əməkdaşlıq və həmçinin mədəniyyət və idman sahələrində qarşılıqlı əlaqələr müzakirə olunacaq.

Tərəflər investisiya əməkdaşlığının perspektiv istiqamətləri, o cümlədən ticarət  və işgüzar əlaqələrin, birgə biznes forumların təşkili, hər iki ölkədə müxtəlif yarmarka və sərgilərin keçirilməsi imkanları araşdırılacaq.
Komissiyanın iclasının nəticələri əsasında Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq çərçivəsində ikitərəfli məsələlərin kompleks baxılması haqda protokol imzalanacaq. Komissiyanın iclası Tacikistan tərəfindən ölkənin meliorasiya və su ehtiyatları naziri Rəhmət Bobokalonovun, Azərbaycan tərəfindən isə iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrliyi ilə keçirilir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL