waplog

Kompüter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatının qalibləri müəyyənləşdi


Kompüter oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı artıq başa çatıb. Birincilik uğrunda Azərbaycanın 22 rayon və şəhərindən komandalar 4 oyun qaydası üzrə mübarizə aparıblar. Gənclər və İdman Nazirliyindən bildirilib ki, final mərhələsinin nəticəsi olaraq, çempionatın qalibləri müəyyən olunublar.

Belə ki, “Super street fighter IV arcade” oyunu üzrə 1-ci yer Orxan Qaralov (Bakı), 2-ci yer Xalid Zeynalov (Bakı), 3-cü yer Məmmədov Məmməd (Zaqatala), “Fifa 13 oyunu üzrə 1-ci yer Orxan Qurbanov (Bakı), 2-ci yer Abduraxman Əliyev (Bakı), 3-cü yer Rəşad Gumbatov (Bakı), “Counter strike 1.6” oyunu üzrə 1-ci yer “Fairneyşn” komandası (Bakı), 2-ci yer “Absolut” komandası (Bakı), 3-cü yer “Breyffayf”  komandası (Bakı), “Cross fire” oyunu üzrə 1-ci yer “Elita” komandası (Bakı), 2-ci yer “Azgamer” komandası (Bakı), 3-cü yer “Şpeksgaming”  komandası (Bakı) qalib seçilib.


Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Kiber İdman Federasiyası” tərəfindən təsis edilmiş diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL