waplog

“iPhone” smartfonunun tədarük həcmi 6,2 milyon azalıb


2013-cü ilin ikinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.2 milyon daha az “iPhone” smartfonu istehsal edilib. "Alma" smartfonunun yeni modelinin çıxması azalmaya səbəb kimi göstərilib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, onların hesablamalarına görə, “Apple” şirkəti aprel-iyun ayları ərzində smartfon satışlarından 18.2 milyard dollar qazanıb.

Ən böyük smartfon bazarı hesab edilən Çində “iPhone” smartfonuna tələbat azalıb. Yerli istehlakçılar daha çox  ucuz və müxtəlif modellər təklif edən Koreya və ya yerli brendlərə  üstünlük verirlər.

“Strategy Analytics” şirkətinin məlumatına görə, 2013-cü ilin ikinci rübündə Çində 78,8 milyon smartfon satılıb. Çində satılan 15,3 milyon smartfon “Samsung” şirkəti tərəfindən istehsal edilib. “Apple” şirkəti Çində yalnız 3,4 milyon “iPhone” smartfonu satmağa müvəffəq olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL