waplog

Vuk Yeremiç: “Azərbaycan Şərq və Qərb arasında rabitə körpüsü rolunda çıxış edəcək”


Azərbaycanın təşəbbüsü ilə BMT-ın Baş Assambleyasında "Trans Avrasiya Super İnformasiya Magistralı"nın təkmilləşdirilməsinə həsr edilmiş tematik müzakirə keçirilib.
 
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə BMT-nin rəsmi internet səhifəsində məlumat yayılıb.
 
Tədbirdə Baş məclisin 67-ci sessiyasının sədri Vuk Yeremiç inkişaf üçün rabitə və informasiya texnologiyalarından istifadənin genişlənməsi ilə bağlı çağırış edib:
 
"Bu regional təşəbbüs BMT Baş Assambleyası tərəfindən dəstəklənmişdi. Çünki müasirləşdirmələr və diversifikasiyalar Asiya və Avropa arasında telekommunikasiya əlaqə kanallarına ehtiyacın olduğunu ortaya qoyur. Azərbaycan və onun qonşuları Şərqin və Qərbin arasında rabitə körpüsü rolunda çıxış edərək tam ölçüdə qlobal informasiya cəmiyyətinə birləşə biləcəklər".
 
V.Yeremiç xatırladıb ki, keçən payızda Azərbaycanın təşəbbüsü və Baş Assambleyanın razılığı ilə "Trans Avrasiya Super İnformasiya Magistralının yaradılması yolu ilə İnternetə girişin Genişlənməsi" qətnaməsi qəbul edilib: "Bu qətnamə ilə üzv dövlətlərə çağırış edilib, rəqəmli texnologiyalar sahəsində geriliyin aradan qaldırılmasına yönəldilmiş digər təşəbbüslərin reallaşdırılmasına imkan yaradılıb".
 
V.Yeremiç qeyd edib ki, hazırda inkişaf edən ölkələrdə hər beşinci ailə internetə qoşulub. Onun sözlərinə görə, üç il bundan əvvəl yoxsul ölkələrdə bu cür xoşbəxtlik əldə edən ailələrin miqdarı 13 faizdən çox deyildi:
 
 "Bu, böyük nailiyyətdir. Amma bu istiqamətdə görülən işləri genişləndirmək, onların sayını artırmaq lazımdır. Düşünürəm ki, sənaye cəhətdən inkişaf etdirilmiş ölkələrlə rəqəmli qırılmanın öhdəsindən gəlmək üçün atılan addımlar genişlənməlidir. Xüsusilə də əhalisinin 78%-i internetə qoşulan ölkələrlə sıx işləməliyik".
 
O, təəssüf hissi ilə bildirib ki, bu gün dünyada milyardlarla insan öz rifahını yaxşılaşdırmağa kömək edə biləcək məlumatlara və biliklərə giriş imkanlarına malik deyillər:
 
"Onlar XXI əsrin qlobal, rəqəmli cəmiyyətinə qoşulmayıblar. "Ümumdünya Hörümçək Toru"na girişdən məhrum edilmiş şəxslərin əksəriyyəti yoxsullardır".
 
Baş Assambleyanın sədri dünyada bərabərsizliyin dərinləşməsindən təəssüfünü ifadə edərək deyib ki, Yer kürəsinin 10% sakinində dünyanın təxminən 70% faiz sərvəti var.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL