waplog

“Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII beynəlxalq konfrans keçiriləcək


20 noyabr 2013-cü il tarixdə saat 10:00-da AMEA Radiasiya Problemləri İnstitutunda "Radiasiya tədqiqatları və onların praktiki aspektləri" mövzusunda VIII beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın bir sıra ölkə alimlərinin də iştirakı gözlənilir.
 
2 gün davam edəcək konfransda "Nüvə enerjisi: status və perspektivləri", "Nüvə enerjisinin çevrilməsi prosesi və istifadə sahələri", "Radiasiya materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri)", "Respublikada nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri", "Radioekoloji durum: problemlər və onların həlli yolları" və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
 
Kamal Hacıyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL