waplog

İSB-nin nümayəndələri Belarus və Ukraynada “Yaşıl kart sistemi”nin tətbiqi təcrübəsi ilə tanış olub



Azərbaycan İcbari Sığorta Bürosunun nümayəndələri Belarus və Ukraynanın avtonəqliyyat sığortası bürolarının dəvəti ilə müvafiq olaraq, Minsk və Kiyev şəhərlərində səfərdə olub. İSB-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, səfər “Yaşıl kart sistemi”nin üzvü olan Belarus və Ukrayna büroları ilə yüksəksəviyyəli işgüzar əlaqələr qurmaq, həmin büroların iş təcrübəsi, “Yaşıl kart sistemi”ndə fəaliyyəti ilə tanış olmaq məqsədi daşıyıb.

Səfər çərçivəsində Belarus və Ukrayna bürolarının əməkdaşları nümayəndə heyətimiz üçün öz ölkələrində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası işinin təşkili, habelə “Yaşıl kart sistemi”nin tətbiqi, öz iş praktikaları və s. maraqlı mövzularda təqdimatlarla çıxış edib, zəruri məlumatlar verib, həmçinin aidiyyəti məsələlər üzrə müzakirələr və fikir mübadilələri aparılıb.

Məlumat üçün bildirək ki, “Yaşıl kart sistemi” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən “Yaşıl kart” haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.

Hazırda “Yaşıl kart sistemi”nə Avropa, Asiya və Afrikadan 46 ölkə, həmçinin qonşu dövlətlərdən Rusiya, Türkiyə və İran daxildir.    

Qeyd edək ki, ölkəmizdə də “Yaşıl kart sistemi”nin tətbiqi ilə bağlı işlər davam etdirilir. 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL