waplog

6 min dollarlıq "Toughpad" planşeti


"Panasonic" şirkətindən bildirilib ki, 20 düymlük ekrana malik "Toughpad" planşeti 2013-cü ilin noyabrında təxminən 6 min dollar qiymətinə satışa çıxarılacaq. Aparatın korpusu şüşə lifdən hazırlanıb, ekranın təsvir ölçüsü  3840×2560 nöqtə (4K) təşkil edir. Qurğu 4 QB əməli yaddaş (8 QB-dək artırmaq olar), 128 QB və 256 QB sərtgövdəli yığıcı ilə təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən  bildirir ki, "Toughpad" planşeti, həmçinin "Intel Core i5" prosessoru, üç ədəd "USB 3.0" portu, "SD" yaddaş kartları üçün slot, "HDMI" portu və ön paneldə "HD" kamera ilə təchiz edilib. Qurğuya "Windows 8.1" əməliyyat sistemi quraşdırılıb.

Planşetin çəkisi konfiqurasiyasından asılı olaraq 2,3-2,7 kq təşkil edə bilər. Aparat 2 saat müddətində avtonom işləyə bilər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL