waplog

MTA populyar smartfonlardakı məlumatları ələ keçirir


Amerikanın Milli Təhlükəsizlik Agentliyi (MTA) üç populyar smartfon platformasındakı məlumatları ələ keçirə bilir. Bu barədə Almaniyanın “Spiegel” jurnalı məlumat yayıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Amerikanın kəşfiyyat qurumları strukturu daxilində bu və ya digər platformalarla iş üzrə xüsusi qruplar yaradıb. Sözügedən qrupun vəzifəsi kontakt siyahılar, SMS trafik, istifadəçilərin yerləşmə mövqeyi haqqında məlumatlar, həmçinin bəzi işçi sənədlərin ələ keçirilməsindən ibarətdir. Məqalədə qeyd edilib ki, MTA ən azı “iPhone” smartfonunun 38 funksiyasına çıxış imkanına malikdir, bundan başqa qurum istifadəçilər sinxronlaşdırma üçün mobil qurğularını kompüterə qoşduqda  ona giriş əldə edir.

Məqalədə konkret nümunə, məlumat göstərilmir. “Spiegel” jurnalının jurnalistləri bununla bağlı “BlackBerry”nin mətbuat xidmətinə müraciət ediblər, lakin Kanada şirkəti MTA ilə mümkün əməkdaşlıqla bağlı şərh
bildirməkdən imtina edib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL