waplog

Argentina ilə rabitə, informasiya texnologiyaları, peyk rabitəsi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib


Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin Federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri Xulio De Vido ilə informasiya-kommunikasiya texnologiyaları və digər məsələlərlə bağlı görüş keçirib.
 
Görüşdə iki ölkə arasında enerji, rabitə, informasiya texnologiyaları, peyk rabitəsi, infrastruktur sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
 XİN-dən o da bildirilib ki, görüşdə, həmçinin qeyd olunan sahələrdə müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və bu xüsusda fəaliyyət istiqamətləri müzakirə edilib.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL