waplog

Balakən Telekommunikasiya Qovşağı tərəfindən reklam xidmətlərinə başlanılıb



 Balakən Telekommunikasiya Qovşağı tərəfindən reklam xidmətlərinə başlanılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumatı Balakən TKQ-nin rəisi Şamil Məmmədov verib.
 
Onun sözlərinə görə, yeni xidmət telefonla vətəndaşlara reklam məlumatlarının çatdırılmasıdır. Yəni vətəndaşın mənzilinə zəng gəlir və dəstəyi götürən vətəndaşa elektrik enerjisinə görə nə qədər borcu olması barədə xəbərdarlıq edilir. “Artıq sığorta şirkətləri də bu xidmətlə maraqlanırlar. Bu, qovşaq üçün böyük gəlir mənbəyi ola bilər. Telefon borclarına görə xəbərdarlıq xidməti baza rolunu oynayır. Bu təcrübədən bəhrələnib xidməti daha da genişləndirmək olar” - deyə o bildirib.
 
Hazırda rayonda telefon şəbəkəsinin genişləndirildiyini bildirən rəis bu istiqamətdə rayonun yeni yaşayış massivində və Katex kəndində kompleks tədbirlər həyata keçirildiyini söyləyib. O, daha sonra bildirib ki, Balakənin ən ucqar kəndlərindən olan Qazma və Meşə şambul kəndlərinin hər birində 256 nömrə tutumlu elektron ATS  qurulub. Hazırda adıçəkilən kəndlərdə xətt təsərrüfatının tikintisi işləri aparılır.

 Ş. Məmmədov rayonun Poçtbinə kəndində Qazma kəndindən çıxarılan 32 nömrə tutumlu peyk rabitəsi qurulacağını bildirib. Kənddə yeni poçt şöbəsi binasının da tikilməsi planlaşdırılır. Hazırda poçt şöbəsi bələdiyyənin inzibati binasındadır. Kəndin Poçtbinə adlandırılmasının maraqlı tarixçəsi var. Belə ki, əvvəllər bir neçə kəndə xidmət edən poçt kontoru olub. Bu kontora daxil olan məktublar poçtalyonlar vasitəsilə qonşu kəndlərə çatdırılıb.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL