waplog

DRİ-də qeydiyyatda olan radioelektron vasitələrin sayı 42 mini ötüb


Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 42087 ədədə çatıb.
 
DRİ-dən verilən məlumata görə, cari ilin yanvar-avqust ayları ərzində 4136 ədəd radioelektron vasitə adıçəkilən idarədə qeydiyyata alınıb.
 
Məlumatda həmçinin bildirilir ki, 1 sentyabr 2013-cü il tarixinədək Dövlət Radiotezliklər İdarəsində 380 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 73 istifadəçi dövlət, 254 istifadəçi kommersiya, 25 istifadəçi xarici təşkilat və 28 istifadəçi isə fiziki şəxslərdir.
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL