waplog

Azərbaycan beynəlxalq nəqliyyat-logistika forumunda təmsil olunur



Rusiya Federasiyasının Kazan şəhərində “Vahid beynəlxalq nəqliyyat-logistika sisteminin yaradılması və inkişaf etdirilməsi: perspektivlər və reallıqlar” adlı beynəlxalq nəqliyyat-logistika forumu keçirilir.
 
“ICTnews” elektron xəbər xidmətinin Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, forumda Azərbaycan tərəfdən Nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Sözügedən tədbirdə Avrasiya məkanında beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, multimodal logistik mərkəzlərin nəqliyyat sistemində rolu, nəqliyyatla bağlı infrastruktur layihələrinə investisiyaların cəlb olunması problemləri və onun həlli yolları və s. məsələlər müzakirə olunur.
 
 
Qeyd edək ki, sentyabrın 13-də işə başlayan forum bu gün yekunlaşacaq.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL