waplog

2018-ci ilədək “GPS” naviqatorlar bazarının həcmi 7 milyard dolları ötəcək


Fərdi naviqator bazarının həcminin azalmasına, həmçinin smartfon, “ağıllı” saatlar və “ağıllı” eynəklər tərəfindən olan təzyiqə baxmayaraq, yığcam naviqatorlar bazarı hələ ki fəaliyyət göstərəcək və “ABI Reseach” tədqiqat şirkətinin proqnozuna əsasən, sözügedən sahə yaxın bir neçə ildə motosikl, velosiped, hava nəqliyyatı üçün naviqatorlar sayəsində öz mövqeyini qoruyub saxlayacaq.
 
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “ABI Reseach” şirkətinin baş analitiki Patrik Konnoli deyib ki, 2012-ci ildə naviqator bazarının həcmi 33,79 milyon olacaq və 2018-ci ilədək 36,79 milyonadək artacaq. 2013-cü ildə qısamüddətli azalma gözlənilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL