waplog

Yarımkeçirici avadanlığa sərf olunan xərclərin həcmi rekord təşkil edəcək


2014-cü ildə yarımkeçiricilərin istehsalı üçün nəzərdə tutulmuş avadanlıq bazarında artım gözlənilir. "SEMI"-nin (Yarımkeçirici avadanlıq və material istehsalçılarının sahə üzrə assosiasiyası) məlumatına görə, gələn il sözügedən sahədə kapital xərcləri 39,8 milyard ABŞ dolları olacaq.
 
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "SEMI"-nin qiymətləndirməsinə görə, 2014-cü ildə yarımkeçirici istehsalçıları avadanlığın satın alınmasına ötən illə müqayisədə 25% daha çox vəsait xərcləyəcəklər.
 
Ekspertlər "Flash" yaddaş istehsalı üçün avadanlıq seqmentində xərclərin artmasını gözləyir. Gələn ildə onun satın alınmasına sərf olunana xərclərin həcminin 40-45% artacağı və təxminən 8 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL