waplog

Qubada radio-televiziya yayım stansiyasında yeni DVB-T verici istismara verilib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Quba rayonu ərazisində yerləşən Xaltan radoteleviziya yayım stansiyasında yeni avadanlıq quraşdırıb.
 
“Teleradio”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, stansiyada  Litvanın “Vigintos Elektronika”  şirkətinin istehsalı olan 300 Vt-lıq yeni DVB-T verici istismara verilib. 
 
“Teleradio” İstehsalat Birliyi Azərbaycanda DVB-T yayım əhatəsini genişləndirmək niyyətindədir və bununla bağlı ölkə regionlarında müvafiq avadanlıqların quraşdırılması nəzərdə tutulub.
 
“Bu ilin sonuna kimi Zaqatala və ətraf rayonlarda əlavə DVB-T vericilərin quraşdırılaraq istismara verilməsi nəzərdə tutulub”,- deyə İstehsalat Birliyində bildiriblər.
 


Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL