waplog

Azərbaycanın “R.I.S.K.” şirkəti beynəlxalq səviyyədə “İlin tərəfdaşı” adına layiq görülüb



Azərbaycanın "R.I.S.K." şirkəti "Cisco"nun tərəfdaşları sammitində 2013-cü maliyyə ilinin nəticələrinə əsasən "İlin tərəfdaşı" adına layiq görülüb.

"ICTnews" xəbər xidmətinin "www.astera.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Cisco"nun tərəfdaşlarının toplaşdığı sammitdə Belarus, Gürcüstan, Ermənistan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan şirkətləri iştirak ediblər.
 

"R.I.S.K." şirkətinin şəbəkə texnologiyaları sahəsində dünya lideri olan "Cisco" tərəfindən yüksək qiymətləndirilməsinin səbəbi şirkətlə birgə iri infrastruktur layihələrin həyata keçirilməsində innovativ həllərin tətbiqi olub.

Minskdə keçirilmiş sammit çərçivəsində ötən ilin nəticələri, gələcək strateji planlar və tərəfdaşlıq proqramları müzakirə edilib. İldə bir dəfə keçirilən "Cisco"nun tərəfdaşları sammiti çərçivəsində yeni texnologiyalar, müştərilərə xidmət keyfiyyətinin artırılması imkanları müzakirə olunur, həmçinin tərəfdaşlar arasında bilik və təcrübə mübadiləsi aparılır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL