waplog

“Ultra” şirkəti “ASAN”-ın yeni xidmət mərkəzini ən son texnoloji avadanlıqlarla təchiz edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) Bakının Yasamal rayonunda yerləşən  xidmət mərkəzi “Ultra” şirkəti tərəfindən ən son texnoloji avadanlıqlarla təchiz edilib. Belə ki, əhalinin informasiya alması məqsədilə foyedə dünyada ən son texnoloji yenilik olan şəffaf monitorlar quraşdırılıb.
 
Diaqonalı 70 olan və “FULL HD” keyfiyyəti ilə görüntü yayımlayan bu monitor istənilən işıqlanma şəraitində həm monitor, həm də şəffaf şüşə rolunu oynayır. 1920x 1080px nisbətində olan sensor və “HDMİ interface”-in köməyi ilə təsvirin ən yüksək keyfiyyəti ilə monitorda canlanmasını təmin edir.
 
Bundan əlavə,  “Mymultitouch LCD” monitoru “LVDS to HDMİ” , “VGA”, “DVİ” portları ilə təchiz olunub.  Analoqu olmayan şəffaf monitorlar Almaniyada istehsal olunub. Şəffaf  monitor ilk dəfə olaraq 2013-cü  ildə “CeBit” sərgisində ictimaiyyətə təqdim olunub.
Bundan başqa filialdakı xidmət mərkəzlərinin xəritəsini və yönləndimə yollarını göstərən 3 tərəfli interaktiv kiosklar quraşdırılıb. Eyni zamanda, “ASAN” xidmətin mərkəzi çağrı sistemi ilə video əlaqə yarada bilən “SKYPE” kioskları əhalinin istifadəsinə verilib.

“Ultra” şirkətinin direktoru Zaur Məmmədzadə bildirib ki, mərkəzin kompüterləri internet şəbəkəsi ilə təchiz edilib, bütün “SKS” infrastrukturu tətbiq olunub, növbə sistemi, server otaqları, müşahidə kameraları, vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılıb. “ASAN” xidmətin yeni filialı əsasən İT infrastruktur cəhətdən diqqəti cəlb edir. Qeyd etdiyimiz kimi, burada xüsusi şəffaf monitor quraşdırılıb. Bu da, vətəndaşların bütün informasiyanı əldə etmələri üçün bir vasitədir. “Ultra” sirkətinin texniki dəstəyi ilə təşkil olunmuş İT avadanlıq unikallığı, səmərəliliyi ilə “ASAN” xidmətin personalına və bu xidmətdən istifadə edəcək vətəndaşlara xüsusi imkanlar verir. 

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL