waplog

Bakıda “SERP: “bulud” mühitində korporativ xəzinədarlığın effektiv idarəedilməsi sisteminin yaradılması” təcrübəsi müzakirə edilib


Bakıda Beynəlxalq korporativ xəzinədarlar forumu öz işini başa vurur. Azərbaycandakı tərəfdaşlar – "Pasha Bank" və "AFB Bank" banklarının və sistem inteqratoru olan "SİNAM" şirkətinin dəstəyi ilə keçirilən forum çərçivəsində Avropa və MDB-nin müxtəlif ölkələrini təmsil edən məruzəçilər mərkəzləşdirilmiş korporativ xəzinədarlığın təşkil edilməsi sahəsindəki mövcud təcrübəni bölüşüblər.
 
 Forum zamanı "AFB Bank"ın xəzinədarlığının rəhbəri Elşad İbrahimov ("Qabaqcıl xəzinədar təcrübələrinin tətbiqi"), "Pasha Bank"ın baş treyderi Ruslan Məhərrəmov ("Banklar arasında etibarlı tərəfdaşların axtarılması") və "SİNAM" şirkətinin baş biznes analitiki Sergey Biryukov ("SERP: "bulud" mühitində korporativ xəzinədarlığın effektiv idarəedilməsi sisteminin yaradılması təcrübəsi") bütün iştirakçılara Azərbaycanın korporativ xəzinədarlığı sahəsindəki mövcud təcrübəsindən danışıblar.
 
 Forumda "Banklar ilə qarşılıqlı əlaqələr: etibarlı tərəfdaşların axtarılması", "Xəzinədarlığın effektiv idarəedilməsi", "Maliyyələşdirmənin cəlb olunması", "Debit və kredit borclarının effektiv idarəedilməsi", "Korporativ xəzinədarlığın avtomatlaşdırılmasının rolu" və "Xəzinədarlıqda likvidliyin idarəedilməsi alətləri" və s. kimi mövzular müzakirə edilib.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL