waplog

AMEA-da elmi tədqiqatlar və innovasiya siyasəti daha da gücləndiriləcək


AMEA Rəyasət Heyətinin iclasında akademiyanın Nizamnamə Komissiyasının yeni tərkibi təsdiq edilib. AMEA Rəyasət Heyətinin qərarına əsasən, komissiyanın sədri akademik İsa Həbibbəyli seçilib.
 
 Komissiyanın üzvləri isə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, AMEA-nın müşaviri, akademik Asəf Nadirov, akademiklər Vaqif Fərzəliyev, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Pərviz Məmmədov və Asəf Hacıyev, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və AMEA RH-nin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri seçiliblər.
 
 
AMEA-dan qeyd edilib ki, qurumun fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi, elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişafı, elmi tədqiqatların və innovasiya siyasətinin gücləndirilməsi, intellektual potensialın qorunub saxlanılması və inkişafı, alimlərimizin beynəlxalq elm məkanına inteqrasiyasının yüksək səviyyədə təşkilində Nizamnamə mühüm əhəmiyyət kəsb edir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL